futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail çempionatında XI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şmona” səfərdə “Beytar Yerusəlim”in qonağı olub. Gərgin mübarizə şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahibləri 42-ci dəqiqədə Adi Menahem Yonanın qolu ilə önə keçsələr də, qonaqlar matçın son saniyələrində, 90+7-ci dəqiqədə Amadu Sanyanın penalti zərbəsini dəqiq yerinə yetirməsi ilə bərabərliyi bərpa ediblər.
Rüfət Abdullazadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu 71-ci dəqiqədə Niv Qabayın əvəzinə meydana daxil olaraq komandasının xal qazanmasında pay sahibi olub.
Bu nəticədən sonra “Kiryat Şmona” xalını dördə çatdırıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Qeydə alınan nəticə:
İsrail çempionatı
Beytar Yerusəlim – Kiryat Şmona 1:1
Qollar: Adi Menahem Yona, 42 – Amadu Sanya, 90+7 (pen.)