Rüfət Quliyev iş axtarır

01.03.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Rüfət Quliyev ötən ilin sentyabrında Albaniya "Bülis"ində məşqçiliyə başlamışdı. Həm əsas komandada köməkçi, həm də U-19 və U-21 komandalarında baş məşqçi kimi çalışırdı. Amma cəmi ayyarım sürən işbirliyindən sonra Albaniya klubundan ayrıldı. 

Rüfət bəy vətənə qayıdandan sonra bir klubla danışıq apardığını söyləsə də, görünür, təklif ciddi olmayıb. Bu üzdən hazırda hansı işlə məşğul olduğunu soruşduq:

“Hələlik bir irəliləyiş yoxdu. Yəqin ki, kimsə nə vaxtsa bizdən də faydalanmaq istəyər”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью