Rüfət Səfərov Bakı İstintaq Təcridxanasına köçürüldü

05.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Hüquq müdafiəçisi Rüfət Səfərov bu gün Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkilləri bildiriblər.

Dünən Binəqədi rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью