Rüfət Səfərov məhkəməyə gətirildi

04.12.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

Gununsesi.info xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.

Hazırda məhkəmə keçirilir.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью