Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının sədri Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən proses Rüfət Səfərovun vəkillərinin suallari ilə davam edib. Rüfət Səfərovdan şikayətçi olan Natiq İmamquliyev obun tərəfindən döyülərkən çənəsinin qırıldığını desə də buna görə hansı müalicə müəssisəsində müalicə olunduğu deyə bilməyib.
Təqsirləndirilənin vəkillərinin “zərərçəkənin” Rüfət Səfərova verdiyi 60 min manatın mənbəyin barədə sualı isə dövlət ittihamçısının təklifi ilə çıxarılıb.
Sualın çıxarılması Rüfət Səfərovun etirazına səbəb olub. Buna görə də prosesdə Rüfətlə prokuror arasında gərgin mübahisə yaranıb.Proses vaxtından əvvəl qeyri-müəyyən vaxta dək təxirə salınıb.
Firuzə
Gununsesi.info