Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə yaranıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda hüquq müdafiəçisi kimi çalışan R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.