Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə yaranıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda hüquq müdafiəçisi kimi çalışan R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.