Rüfət Səfərov saxlanıldı Rəsmi AÇIQLAMA | Icma.az
Cebheinfo saytına istinadən Icma.az xəbər verir. Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə yaranıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda hüquq müdafiəçisi kimi çalışan R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu