Rüfət Səfərova daha bir maddə üzrə ittiham irəli sürüldü

04.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Hüquq müdafiəçisi Rüfət Səfərov xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunur.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən rayon məhkəməsinə vəsatət daxil olub.

Rufat Safarova daha bir maddə ilə - CM 127.2.3(qəsdən sağlamlığa az ağır zərər vurma) üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, izahatı alındıqdan sonra material istintaq şöbəsinə göndərilib. 

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью