Rüfət Səfərova əlavə ittiham verildi Məhkəmə gedir

04.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün şübhəli şəxs qismində tutulan hüquq müdafiəçisi Rüfət Səfərov hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, müstəntiq və ibtidai istintaqa prosessual rəhbərlik edən prokuror dələduzluqda və xuliqanlıqda təqsirləndirilən şəxsin həbsini istəyir. 

İş materiallarından məlum olub ki, Rüfət Səfərova Cianyət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə də əlavə ittiham verilib.

Hazırda Binəqdəi Rayon Məhkəməsində proses gedir.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) medianın sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. O, həmin səbəbdən saxlanılıb. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью