Rüfət Səfərovla bağlı qərar verildi

04.12.2024

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

News24.az APA-ya istinadla xəbər verir ki, təqdimata bu gün Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Binəqədi Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

***

İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью