Modern.az saytına istinadən Icma.az xəbər verir. Xəbər verildiyi kimi, hüquq müdafiəçisi Rüfət Səfərov ötən axşan saxlanılıb.
Oa qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Rüfət Səfərovun saxlanıldığını təsdiqləyən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə yaranıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Modern.az Rüfət Səfərovun saxlanılmasına atasının münasibətini öyrənməyə çalışıb.Lakin telefona Eldar Sabiroğlu deyil, həyat yoldaşı Tahirə Tahirqızı cavab verib.
Tahirə Tahirqızı öncə həyat yoldaşının səhhəti ilə əlaqədar telefonlara cavab vermədiyini qeyd edib.
Daha sonra oğlununa qarşı irəli sürülən ittihamların şər-böhtan olduğunu söyləyib: “Rüfətə qarşı irəli sürülən ittihamlar qondarmadır, şər-böhtandır.