Rüfət Səfərovun anasının ölkədən çıxışına qoyulan “stop” götürüldü | Icma.az
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının hazırda həbsdə olan rəhbəri Rüfət Səfərovun anası Tahirə Səfərovanın ölkədən çıxışına qoyulan qadağa götürülüb.
Bu barədə Gununsesi.info-ya Səfərovlar ailəsindən məlumat verilib.
Məlumata görə, Tahirə Səfərova və həyat yoldaşı Eldar Sabiroğlu bugün səhər saatlarında ölkəni tərk edə bilib.
Elmar Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu