Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, ötən gün keçmiş müstəntiq Rüfət Səfərov saxlanılıb və bu gün onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Keçmiş müstəntiq Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2.
(dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və (221.1- ci xuliqanlıq) maddələri ilə ittiham olunur.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə bağlı R.Səfərovla bir nəfər arasında münaqişə olub.
Belə ki, bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb.
Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb.
Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub.