Rüfət Səfərovun saxlanılması xəbəri yayılıb

03.12.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugün axşam saatlarında Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının rəhbəri Rüfət Səfərovun saxlanılması xəbəri yayılıb.

Gununsesi.info bildirir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hüquq müdafiəçisi yaşadığı evin qarşısında tutulub.  Hazırda onun Binəqədi 5 -ci Polis Bölməsinə aparıldığı deyilir.

Rüfət Səfərovun atası sabiq deputat Eldar Sabiroğlu Gununsesi.info-ya deyib ki, oğlunun hansı səbəbdən saxlanılmasından xəbəri yoxdur:”Bildiyim odur ki, evin qarşısından gəlib aparıblar”.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью