Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Rüfət Seyidov Azərbaycan Televiziyasında (AzTV) Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətini başa vurub.
AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Seyidov qeyd edib ki, AzTV-də çalışdığı müddətdə çoxsaylı işlər görüb, dəyərli insanlarla tanış olub və media sahəsində peşəkarlarla birgə fəaliyyət göstərib.
"AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm".Günel