Rüfət Türkiyə klubuna keçməyə yaxındır SON DURUM

31.01.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Səbail"in yarımmüdafiəçisi Rüfət Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Ərzurumspor" maraqlıdır.

Birinci Liqa klubu artıq "dənizçilər"ə təklif də göndərib. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Xüsusi nəsə baş verməsə, Rüfətin Ərzurum təmsilçisinə keçidi bu qış reallaşacaq. 

Qeyd edək ki, "Ərzurumspor" hazırda Birinci Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью