futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov Millətlər Liqasında sabah Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.
Futbolpress.az xəbər verir ki, müdafiəçi matçla bağlı bunları dedi:
“Bizi çətin oyun gözləyir. Yalnız qələbə haqqında düşünürük. Komanda olaraq oyuna yaxşı hazırlaşmışıq. Sabah mütləq qələbə qazanmalıyıq”.
Sabah keçiriləcək Azərbaycan – Litva oyununa saat 17:00-da start veriləcək.
Şahin Cəfərov