futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandası yoldaşlıq oyununda Tacikistana qalib gəldi – 1:0.
Matçdan sonra müdafiəçi Rüfət Abbasov “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Qələbəni şərh edərdin.
– Yoldaşlıq matçı olmasına baxmayaraq, qələbə qazandığımız üçün şadıq. Yaxşı sınaq oldu.
– Növbəti rəqib Litva daha səviyyəli komandadır…
– Bilirik, bu matça yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, səfərdən müsbət nəticə ilə dönək.
– Litvanı təhlil etmisiniz?
– Hələ yox. Qarşıdakı günlərdə bütün diqqətimizi bu matça verəcəyik. Keyfiyyətli futbolçuları olduğunu bilirik.
– İkinci hissədə şans qazandın. Oyununu necə dəyərləndirirsən?
– Daha yaxşı olmalı, əsas heyətə düşmək üçün çox çalışmalıyam. İnanıram ki hər şey bundan da yaxşı olacaq.
Şahin Cəfərov