Rüfət yenə kənarda qaldı

11.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi “Varazdin” Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda II turda “Slaven”in qonağı olub. Matç “Varazdin”in məğlubiyyəti ilə başa çatıb – 1:3.

Rüfət görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb. Rüfət birinci turda da şans qazanmamışdı.

“Varazdin” 2 turdan sonra 1 xalla 7-cidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью