Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Zirə”nin Antalyadakı təlim-məşq toplanışı bitdi.
Maraqlı məqam ondan ibarətdi ki, qəsəbə təmsilçisi Antalyaya tam heyətlə getməmişdi. İcarəyə götürülən Rüfət Abdullaza Bakıda qalmışdı.
Suallar yaranır: niyə? Toplanışa aparılmayan futbolçu niyə transfer olunub? Onsuz da Rüfət oyun praktikası sarıdan əziyyət çəkir.
Bundan sonra komandaya uyğunlaşması, formasını bərpa etməsi də nə qədər çəkəcək.
Mətbuat konfransında Rəşad Sadıqov sual verəcəyik ki, “Rüfət niyə oynamır”, cavab verəcək ki, “hazır deyil”.
Hazır olmaq üçün də Antalyaya getmək lazım idi. “Varajdin”dən “Zirə”yə ona görə gəldi ki, oynasın, indi də qalacaq ortalıqda.
Klubun mətbuat katibi Elmar Abdullazadədən səbəbini soruşduq, bildirdi ki, şəxsi səbəblərdən gələ bilməyib.
Təlim-məşq toplanışına da qoşula bilmirsə, necə olacaq? Rüfətin özündən soruşduq, heç bir cavab vermədi.