Rüfətin keçidi rəsmiləşdi

24.07.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Səbail”dən ayrılan Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, vinger “Varajdin”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rüfətlə 3 illik müqavilə imzalanıb.

Xorvatiya çempionatında daha əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli oynayıb. O, bu Zaqreb “Dinamo”sunda çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью