Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Rüfətin komandası uduzdu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
İsrail çempionatında 4-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” öz meydanında Hayfa “Makkabi”sini qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
“Kiryat Şimona” - “Makkabi” (Hayfa) - 0:4
Qollar: Azoulay, 40, Brazao, 56, Sztejfman, 66, Sunami, 86
Qırmızı vərəqə: Benbenişti, 28 (“Kiryat Şimona”)
Qeyd edək ki, Rüfət Abdullazadə matça start heyətində başlayıb və 69-cu dəqiqədə Nadav Markoviçlə əvəzlənib.
Bu nəticədən sonra Rüfətin komandası turnir cədvəlində 3 xalla 11-ci pillədə qərarlaşıb.