Rüfətin komandasından böyükhesablı məğlubiyyət

15.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Premyer Liqasında IV turun matçları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin şərəfini qoruduğu “Kiryat Şmona” öz meydanında Hayfa “Makkabi”sini qəbul edib. Qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:4.

Milli komandamızın üzvü Rüfət Abdullazadə oyuna ilk 11-likdə başlayıb və 69-cu dəqiqədə Nadav Markoviçlə əvəzlənib. Meydan sahiblərinin işini çətinləşdirən əsas məqam isə 28-ci dəqiqədə Benbeniştinin birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması olub.

İsrail Premyer Liqası | IV Tur

“Kiryat Şmona” – “Makkabi” (Hayfa) 0:4

Qollar: Azulay, 40, Brasao, 56, Şteyfman, 66, Sunami, 86

Bu məğlubiyyətdən sonra 3 xalda qalan “Kiryat Şimona” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью