Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Müğənni Rüfət Axundovun qızı Ruhəngiz ali məktəbə qəbul olub.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb.
Verilişin aparıcısı Aytəkin Mərdanova bildirib ki, Ruhəngiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn fakültəsində təhsil alacaq.
Rüfət Axundov qızının xaricdə təhsil almasına icazə verməməsi ilə bağlı suala da münasibət bildirib.
"Qərar verə bilmədim. İcazə vermədim. Bəxtləri gözəl olsun. Kim harada istəyirsə, orada təhsil alsın", - deyə ifaçı qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)