Ruffi erməni ilə döyüşü barədə: Ayaq üstə qalsa...

14.09.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

UFC reytinqində 7-ci yerdə olan (77 kq-a qədər) braziliyalı Maurisio Ruffi 19 sentyabrda Los-Ancelesdə (ABŞ) UFC 331 turnirində keçiriləcək rusiyalı Arman Tsarukyanla qarşıdakı döyüşü barədə danışıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ruffi bu barədə “UFC Countdown” verilişində danışıb:

“Bütün MMA azarkeşləri bilir ki, əgər o, mənimlə ayaq üstə döyüşsə, nokauta düşəcək. Ona görə də bu döyüşdə qalib gəlmək üçün nə etməli olduğumu bilirəm. Təkrar zərbələrdən qorunmalı və nokaut etməliyəm”.

Maurisio Ruffinin 30 yaşı var. Braziliyalı UFC-də debütünü 2024-cü ildə edib. Onun təşkilatda ümumilikdə beş qələbəsi və bir məğlubiyyəti var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью