Ruh ADAMI | Icma.az
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Yaşasaydı noyabrın 5-i Baba Pünhanın 76 yaşı tamam olacaqdı...
Baba Pünhan ruh adamı idi. On üç yaşından şeir yazmağa başlasa da, ölkədə elə də tanınmırdı.
Onu geniş oxucu kütləsinə ilk dəfə “ANS” kanalının “Qulp” verilişi tanıtdı. Hacı Mailin rəhbərlik etdiyi "Füzuli məclisi"nin üzvü idi.
"Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, “Füzuli məclisi”nin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülmüşdü...
1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açmışdı.
Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin 8-ci sinfini bitirib Bakı Rabitə Texnikumuna daxil olmuşdu.
Oranı başa vurduqdan sonra Bakı Metropolitenində mexanik işləməyə başlamışdı və 25-il həmin yerdə işləmişdi...
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub.
Tam oxu
Xəbəri oxu