Ruhdan düşməmək, irəliyə baxmaq lazımdır”

13.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” Avropa Liqasının VI turunda “Elfsborq”a uduzub – 0:1.

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Qələbənin vacibliyi bilinirdi, təəssüf ki, olmadı. İkinci hissənin ilk 15 dəqiqəsini çıxmaqla bütün üstünlük “Qarabağ”da idi. Rəqib qoldan sonra öz meydanına çəkildi və güclü müdafiə olundu. Bu vaxtsa fərdi ustalıq önə çıxmalı idi. Təəssüf ki, alınmadı. Şanslar çox az qalıb və “Qarabağ” qarşıdakı iki oyunda mütləq qələbə qazanmalıdır”.

Mütəxəssis “atlılar”ın Avropa Liqasındakı çıxışını da dəyərləndirdi:

“Avropada zəif komanda yoxdur. Haçıya yuxarıdan baxmaq istəyirik. Amma “Qarabağ”ın çıxışı təqdirəlayiqdir. Belə çempionatdan, şəraitdən, futboldan çıxıb, bizi qürurlandırır. Bəzən futbolda itkilər də olur və belə hallar qaçılmazdır. Ruhdan düşməmək, irəliyə baxmaq lazımdır”.

Şahin Cəfərov 

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Demək istəyirlər ki, biz də Premyer Liqada oynamağa layiqik”

5 Dekabr 2024, 14:17

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Arif Əsədov: “Qarabağ”dakı eniş geridə qalıb”

27 Noyabr 2024, 15:55

Əsas xəbərlər, Ölkə futbolu Arif Əsədov: “Həmin strategiyadan hansı yolu tutacağımız müəyyən olacaq”

19 Noyabr 2024, 11:50

Əsas xəbərlər, Ölkə futbolu “Vacibdir ki, ilk dəqiqələrdən hesabı açaq” – Arif Əsədov

13 Noyabr 2024, 20:52

Əsas xəbərlər, Layihə, MEDİA, Ölkə futbolu Futbolumuzun inkişaf strategiyası: nələrə diqqət edilməlidir?

20 Oktyabr 2024, 18:29

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”dən təklif almamışdım, Abasova uğurlar arzu edirəm”

14 Oktyabr 2024, 12:06

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью