Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
İş xanımı Ruhi Əliyevanın adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Ruhi Əliyeva bildirib ki, onun adından saxta profil yaradılaraq xəstə uşaqlar üçün pul yığılır:
“Feysbukda adımdan istifadə edilərək saxta profil yaradılıb. Həmin profildən canlı yayım açaraq mənim görüntülərimdən istifadə edib xəstə uşaqlara yardım adı altında pul toplanılır. Təəssüflə bildirirəm ki, həmin profil vasitəsilə insanlar aldadılır, mənim etibarım və nüfuzum zədələnməyə çalışılır.
Hər kəsə bildirmək istəyirəm ki, bu profil mənə məxsus deyil və burada səslənən fikirlərə, eləcə də elan edilən ‘yardım kampaniyalarına’ inanmasınlar.
Qeyd edim ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm".