Ruhi xəstə 3 nəfəri qətlə yetirdi Türkiyədə dəhşət

03.12.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Mersin şəhərində dəhşətli cinayət hadisəsi baş verib. 

"Unikal" NTV telekanalına istinadən xəbər verir ki, əqli cəhətdən məhdudiyyətli olan şəxs yaşadığı binada ana və oğlunu qətlə yetirib. 

Qətldən sonra sözügedən şəxs taksiyə minərək başqa bir məhəlləyə içki mağazasına gedib və ödəniş etmədən spirtli içkilər almağa cəhd edib. Mağaza sahibi Ahmet Turqut buna maneə olub. 

Bu zaman şübhəli şəxs silahla mağaza sahibi A.Turqutu güllələyib. Daha sonra o, taksi sürücüsünü də vuraraq qaçıb. Taksi sürücüsü xəsarət alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Ruhi xəstə saxlanılıb. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью