Ruhi xəstə küçədə 12 yaşlı uşağı öldürüb intihar etdi

18.10.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyədə ruhi xəstə küçədə uşağı öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin rayonunun Tarsus qəsəbəsində baş verib.

Psixi problemləri olan 59 yaşlı Yasin Ataş ov tüfəngi ilə küçəyə çıxıb. Bu zaman o, 12 yaşlı Əmir Əli Aktaşı və əmisi oğlu 20 yaşlı Mustafa Aktaşı, həmçinin yoldan keçən Əli Bozanı güllələyib. Məlumata görə, Əmir Əli Aktaş əmisi oğlunun avtomobili ilə çörək almağa gəlibmiş.

Nəticədə 12 yaşlı oğlan ölüb. Hadisədən sonra Yasin Ataş öz avtomobilini yandırıb və həmin silahla özünü də güllələyərək intihar edib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью