Ruhiyyə Əliyevadan Davosda uğurlu təqdimat!

11.07.2026

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva İsveçrənin Davos şəhərində keçirilən “Global Education Forum 2026” tədbirinin final gecəsindən görüntülər paylaşıb.

OLAY yazır ki, forum çərçivəsində müxtəlif ölkələrin mədəniyyətini əks etdirən stendlər nümayiş olunub.

Azərbaycanı təmsil edən “MiniBoss” tələbələrinin valideynləri milli şirniyyatlarımızdan ibarət zəngin stend hazırlayıb. Milli təamlar və təqdimat beynəlxalq qonaqların böyük marağına səbəb olub. Ruhiyyə Əliyeva paylaşımında ölkəmizi uğurla təmsil edən nümayəndə heyətinə, stendin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib. O, həmçinin Azərbaycanda gənc sahibkarların yetişməsində mühüm rolu olan “MiniBoss Global Business School”un təsisçisi Nərminə Həsənovaya minnətdarlığını ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью