Ruhu cavan, şövqü rəvan Sumqayıt! | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt Azərbaycanın “Gənclər paytaxtı”dır 2025-ci ildə Sumqayıt Azərbaycanın “Gənclər paytaxtı” elan edilib.
Fevralın 2-də - Azərbaycan Gəncləri Günündə gənclik şəhərində bu layihənin təqdimatı olub.
Gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib.
Nazir Fərid Qayıbov Ulu Öndərin gənclərə böyük qayğı və diqqət göstərdiyini, gənclərin Azərbaycanın dünyada tanınmasında böyük rol oynadığını bildirib.
Qeyd edilib ki, Azərbaycanda 400-ə yaxın gənclər təşkilatı var və ölkənin gələcəyi onların əlindədir.
Sumqayıtda il ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin uğurla keçiriləcəyinə inam ifadə olunub, Prezident mükafatına layiq görülmüş gənclər təltif edilib.
...Doğulub boya-başa çatdığım bu şəhəri ağlım kəsəndən “könlümün paytaxtı” saymışam. Gözlərimin önündə böyüyüb-gözəlləşib.
Tam oxu
Xəbəri oxu