Ruhumuza xitab edən SƏNƏT ƏSƏRİ | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Paytaxta ilk qar yağanda sanki şəhər apağ sükutla örtülür.
- Arabalar, adamlar anrıdan-bəri, bəridən-anrı hərəkət edir etməsinə… buna baxmaya, yenə qar - hələ-hələ ilk qar hər şeyin zərif hakimiymiş kimi görsənir… Səhər yuxudan oyanıb, pəncərədən boylanarkən, ilk qar könlümüzdə qərib bir həyəcan doğurur.
Hər küçə, hər bina, hər ağac və hətta hər adam… keçmişdən gələn anılara bürünür bir anlıq.
İllər öncə, ölkəmizə ilk dəfə səfər etmiş bir tatar şairinin ilk təəssüratla dediyi “Bakını çox yormusunuz” sözlərini xatırlayıram.
Və indi düşünürəm ki, sanki qar, şəhərin qərinələr uzunu topladığı yorğunluğunu yuyur, ona tərtəmiz bir nəfəs verir… Qar - hələ-hələ ilk qar bizim Bakı üçün yalnız təbiətin hökmü deyil, həm də hisslərin və xatirələrin rəmzidir.
Uşaqlıq illərimdəki - amma Bakıda deyil, Bakıdan 475 km batıda, dəniz səviyyəsindən təqribən 2000 m.
yüksəklərdəki… sevinc dolu günlər, əlimizdə əriməyə başlayan qar dənəciklərinin xoş soyuğu, qar topunun isti dostluq gülüşünə qarışması düşür yadıma… – Zalımcasına yada düşənlər qarın gətirdiyi duyğulardan, o duyğulardan törəyən düşüncələrdən yalnız bir bölümüdür.
Əlimiz üşüyərdi, bəli, ancaq könlümüz isinərdi... Tay-tuşun üz-gözündən axan o üşümüş gülüşlər unudulmazdır… Qar. İlk qar. Bakı.
Tam oxu
Xəbəri oxu