Rumıniya ABŞ nin antidron sisteminə çıxış əldə edən ikinci ölkə olub

07.05.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Buxarest, 7 may, AZƏRTAC

Rumıniya Böyük Britaniyadan sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Counter-UAS Marketplace” antidron platformasına real vaxt rejimində çıxış əldə edən ikinci ölkə olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Știrile PRO TV” nəşri yazıb

Məlumata görə, yeni hərbi razılaşma Rumıniya ilə ABŞ arasında dronlar və antidron sistemləri sahəsində əməkdaşlığı gücləndirməyə yönəlib. Saziş Qara dəniz regionunda təhlükəsizlik çağırışlarının artdığı, xüsusilə Rusiya dronlarının Qalaç və Tulça ərazilərinə düşməsi ilə bağlı insidentlərdən sonra imzalanıb.

Rumıniyanın Vaşinqtondakı səfirliyi bildirib ki, bu tərəfdaşlıq ölkənin hava təhdidlərini izləmək və onlara operativ cavab vermək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Ekspertlərin fikrincə, razılaşma Rumıniyanın NATO-nun şərq cinahında ABŞ-nin etibarlı strateji tərəfdaşı kimi rolunu daha da gücləndirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью