Rumıniya ABŞnin Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləyəcək

24.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Buxarest Vaşinqtonu Ukraynadakı münaqişəyə son qoymaq səylərində dəstəkləyəcək.

APA "Agerpress"ə istinadən xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Marçel Çiolaku bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra Donald Trampın əsas prioritetlərindən biri Ukraynadakı münaqişəyə son qoymaq olacaq.

“Rumıniya isə bu demarşda ABŞ-ni bütün gücü ilə dəstəkləyəcək”, - Baş nazir vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью