Rumıniya Azərbaycandan neft idxalını 67% dən çox artırıb

22.12.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rumıniya 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 559 milyon 691 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 43 min 111 ton təşkil edib.

Rumıniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 11 ayına nisbətdə 191 milyon 139 min dollar və ya 51,9%, miqdarı isə 419 min 581 ton və ya 67,3% artıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (12,7 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью