Rumıniya İsraildən 2 milyard avrodan çox məbləğə HHM sistemləri alacaq

22.07.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rumıniya Müdafiə Nazirliyi İsrailin silah istehsalçısı "Rafael Advanced Defense Systems" şirkəti ilə 2 milyard avrodan çox dəyərində hava hücumundan müdafiə sistemlərinin alınması üçün çərçivə sazişi imzalayıb.

APA xəbər verir ki, bu barədə məlumatı Rumıniya Müdafiə Nazirliyi yayıb.

Saziş çərçivəsində üç ayrı müqavilənin imzalanması nəzərdə tutulur.
Onların əsasında Rumıniya altı ədəd "SHORAD-VSHORAD" inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi əldə edəcək.

Bundan əlavə, saziş Rumıniya ordusunun şəxsi heyətinin hazırlanması, logistik dəstək və sursatların tədarükünü də əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью