Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib

18.03.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Türkiyəli mütəxəssis Mehmet Topal əvvəlki iş yerinə geri dönüb.

AZƏRTAC xəbər verir ki, 39 yaşlı çalışdırıcı Rumıniyanın “Petrolul” komandasına qayıdıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu vəzifədə vaxtilə “Neftçi”də işləmiş Adrian Mutunu əvəzləyib.

M.Topal 2024-cü ilin sonunda komandanı tərk etmişdi.

Qeyd edək ki, “Petrolul” Rumıniya çempionatında 30 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью