Rumıniya klubunu Qarabağ la Bakıdakı oyunda 100 ə yaxın azarkeş dəstəkləyəcək

21.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniyanın FCSB klubunu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununda 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə "Report"a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, qonaqların bu axşam Bakıya çatacağını bildirib. Rəqib komanda yanvarın 24-də, günorta saatlarında geri dönəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью