Rumıniya klubunun rəhbəri: “Qarabağ”ı məğlub edəcəyik

11.11.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rumıniya FKSB klubunun rəhbəri Cici Bekali “Qarabağ”la ilə Bakıda keçiriləcək Avropa Liqasının oyunundan danışaraq, komandasının əsas mərhələnin sonunda ilk 8-likdə yer almaq şansı ilə bağlı fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, “Fanatik”ə danışan Rumıniya klubunun rəhbəri Ağdam klubunu məğlub edə biləcəklərini söyləyib:

“Püşkatmadan əvvəl demişdim ki, 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edəcəyik. Hələ iki qələbəmiz və heç-heçəmiz var. Düşünürəm ki, “Olimpiakos”u, sonra “Qarabağ”ı məğlub edəcəyik. İstəyirəm ki, ilk 8-liyi bitirərək pley-offa yüksələk”.

“Qarabağ” – FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək. Hazırda Rumıniya çempionu 9 xalla ümumi cədvəldə 8-ci, “Qarabağ” isə isə 3 xalla 29-cu pillədədir.\\Sportal.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью