Rumıniya kralının nəvəsi Parisdə SAXLANILDI SƏBƏB

09.04.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Rumıniya kral evinin rəhbəri Parisdə saxlanılıb.

News24.az xəbər verir ki, Rumıniyanın keçmiş kralı II Karolun nəvəsi Pavel-Filip Hohenzollern aprelin 7-də səhər saatlarında Rumıniya hüquq-mühafizə orqanlarının tələbi ilə Fransada saxlanılıb.

"Digi24" telekanalının məlumatına görə, o, ev dustaqlığına buraxılıb.

Rumıniyada Pavel-Filip korrupsiya, çirkli pulların yuyulması və vaxtilə kral ailəsinə məxsus olmuş torpaq sahələri ilə bağlı fırıldaqçılıqda ittiham olunur.

Hohenzoller Rumıniya hakimiyyətləri tərəfindən verilmiş ümumavropa orderinə əsasən saxlanılıb. Rumıniya onun ekstradisiyasını tələb etməyi planlaşdırır./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью