“Rumıniya liqası Cəlalın inkişafına şərait yaradacaq”

25.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Rumıniya təmsilçisi “Petrolul”a keçib. Müdafiəçi klubla 2 illik müqavilə imzalayıb.

Rumıniyalı mütəxəssis Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında Cəlalın keçidini şərh etdi:

“Rumıniya çempionatının səviyyəsi yaxşıdır. Cəlal bu liqaya tez uyğunlaşmalıdır. “Petrolul” ölkənin ən böyük klublarından biridir və çoxsaylı azarkeşləri var. Oyunlarında fanatlar möhtəşəm atmosferlər yaradırlar. Rumıniya liqası onun inkişafına, böyüməsinə şərait yaradacaq”. 

Skarlatake Azərbaycanda “Xəzər Lənkəran”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə”də çıxış edib.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью