Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Buxarest, 23 noyabr, AZƏRTAC Rumıniyanın qabaqcıl “Evenimentul Zilei” (“Günün hadisəsi”) qəzeti və xəbər portalı Rumıniya nümayəndə heyətinin Bakıda keçirilən COP29 konfrasında fəal iştirakı barədə yazıb.
Məqalələrdə bildirilir ki, COP29 heyətinə Rumıniyanın Ailə, Gənclər və Şansların Bərabərliyi Nazirliyinin Ailə və demoqrafiya siyasəti üzrə departamentinin baş direktoru xanım Aleksandra Dobre rəhbərlik edib.
Qeyd olunub ki, Aleksandra Dobre rəhbərlik etdiyi nümayəndə heyəti ilə konfrans çərçivəsində təşkil olunan “Youth Climate Forum”a qatılıb.
UNICEF tərəfindən təşkil olunan forumda iki rumıniyalı gənc - Eva və Miron da iştirak ediblər.
Aleksandra Dobre tədbir barədə fikrini bildirərkən deyib: "Bu gənclərin iştirakını böyük məmnuniyyətlə qarşıladım.
Rumıniya gənclərin iqlim siyasətlərində və qərarvermə proseslərində fəal iştirakını davamlı olaraq dəstəkləyir”.
Konfransda, həmçinin Rumıniyanın "Gənclərin İqlim Dəyişikliyi Konfransı"nın təsisçilərindən olan Elena Miron və YOUNGO-nun (BMT-nin İqlim Dəyişikliyi üzrə Gənclər Konstitusiyası) siyasət komandasının üzvü Mara Ghilan da iştirak ediblər.