Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rumıniya millisinin voleybolçusu Andreea Diana Ariton Bakıda keçirilən Avropa çempionatında İspaniya üzərində qazandıqları qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, o, qarşılaşmadan sonra fikirlərini bölüşüb:
“Qələbə qazanmaq çox gözəl hissdir. Bunun üçün həqiqətən çox çalışdıq. Təəssüf ki, növbəti mərhələyə yüksələ bilmədik, amma bu qələbəyə görə çox xoşbəxtik”.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda Rumıniya İspaniyanı 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma Bakıda, Milli Gimnastika Arenasında keçirilib.