Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniya Ukraynanı dəstəkləməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bunu Prezident Nikuşor Dan Litvanın paytaxtında "Buxarest doqquzluğu" sammitinin (NATO-nun şərq cinahında yerləşən ölkələr) yekunlarına dair mətbuat konfransında bildirib.
Rumıniya dövlətinin başçısı deyib ki, iyunun 11-də Odessada keçiriləcək Ukrayna - Cənub-Şərqi Avropa sammitinə gedəcək və orada detalları müzakirə edəcək.