Rumıniya səfirinin səfəri

26.05.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin rəhbərlik etdiyi nümayəndə heyəti Göygöl rayonunda səfərdə olub.

Rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Vüqar Novruzov Azərbaycan ilə Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulayıb, rayonun tarixi və xarici əməkdaşlıq imkanları barədə məlumat verib.

Görüşdə qeyd olunub ki, belə səfərlər xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın inkişafına töhfə verir. Söhbət zamanı humanitar əlaqələr qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı qonaqlar Göygöl şəhərində yerləşən qəbiristanlıqda İkinci Dünya müharibəsi dövründə burada dəfn edilmiş rumın hərbi əsirlərinin məzarları ziyarət edilib.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью