Rumıniya və ABŞ 30dan çox F35 qırıcısının tədarükü üçün müqavilə imzalayıb AzPolitika onlayn siyasiictimai qəzet

21.11.2024

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rumıniya və ABŞ 32 ədəd F-35 qırıcısının tədarükü üçün müqavilə imzalayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin məbləği 6,5 milyard dollardır və ölkənin müasir tarixində ən bahalı müqavilə sayılır.

Qrafikə əsasən, F-35-lər Rumıniyaya 2030-cu illərin əvvəlində gəlməyə başlayacaq.

Təyyarələrin istehsalçısı olan "Lockheed Martin" korporasiyası Rumıniyanın F-35 istismar edən 20-ci ölkə olacağını bildirib.

Rumıniya Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-16 qırıcıları 2034-2040-cı illərdə istismardan çıxarılmalıdır.

Xatırladaq ki, 2022-ci ildən Rumıniyada NATO-nun 5 min nəfərlik çoxmillətli döyüş qrupu - alyansın cənub-şərqində ən böyük qruplaşma yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью