Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyevin Çinin telekanalına müsahibəsindən yazıb

29.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Buxarest, 29 aprel, AZƏRTAC

Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyev Çin telekanalına müsahibəsindən yazıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Curierul National” qəzetində və Bolqarıstanın “24 chasa” xəbər portalında yayımlanan xəbərlərdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, müsahibədə Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafını yüksək qiymətləndirib və səfərin nəticələrindən məmnunluğunu ifadə edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Çin arasında vizaların qarşılıqlı ləğvi haqqında sazişin imzalanması tarixi hadisədir və hər iki xalq üçün əhəmiyyətli xəbərdir. Bu mühüm addım Azərbaycan-Çin əməkdaşlığını daha da gücləndirəcək və vətəndaşlar arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью