Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

12.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.

Bununla bağlı Avropa Komissiyasının "X" sosial şəbəkəsində paylaşım edilib.

"Biz Rumıniya və Bolqarıstanın Şengen ailəsinə tam qoşulmasına yaşıl işıq yandıran Avropa İttifaqı Şurasının qərarını alqışlayırıq", - paylaşımda qeyd olunub.

Bu ölkələr cari il martın 31-də Şengen zonasına qismən qoşulub. Lakin sərhəd nəzarəti hər iki ölkənin yalnız dəniz və hava sərhədlərində ləğv edilib, quru sərhədlərində isə nəzarət saxlanılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью